ƏDV depozit hesabında toplanan vəsaitin vergi ödəyiciləri tərəfindən daha çevik istifadə edə bilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilməsini nəzərdən keçirilməsi təklif olunur.
"APA-Economics"in məlumatına görə, bunu "İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru" mövzusunda sahibkarların iştirakı ilə video-formatda keçirilən Forumda çıxış edən "EY Azerbaijan" audit şirkətinin vergi və hüquq məsələləri üzrə partnyoru Arzu Hacıyeva bildirib.
O qeyd edib ki, rəqəmsallaşmanın nəticəsi kimi, ƏDV ödənişləri şəffaflaşıb, əməliyyatların qaimə-faktura əsasında aparılır və ƏDV-ni ödəniş əsasında tanıma metoduna keçirilməsi reallaşıb.