Federal Ehtiyat Sistemi (FED) ABŞ-ın ÜDM-in artımı ilə bağlı proqnozunu endirib, 2022-ci ildə ölkədə istehlak qiymətlərinin artması ilə bağlı proqnozunu isə artırıb.
"APA-Economics" xəbər verir ki, bu barədə FED-in yaydığı bəyanatda deyilir.
Hazırda ABŞ iqtisadiyyatının dekabrda proqnozlaşdırılan 4%-ə artıma qarşı bu il 2,8% böyüyəcəyi gözlənilir.
2023-cü və 2024-cü illər üçün ölkənin ÜDM-i üzrə proqnozlar dəyişməz olaraq qalır – 2,2% və 2% artım.
2022-ci ildə istehlak qiymətlərinin (PCE indeksi) artımı ilə bağlı gözləntilər 2,6%-dən 4,3%-ə, növbəti ildə 2,3%-dən 2,7%-ə, 2024-cü ildə isə 2,1%-dən 2,3%-ə yüksəlib.