Bank Of Baku

“Ferrum Kapital”ın xalis mənfəəti azalıb

“Ferrum Kapital”ın xalis mənfəəti azalıb
# 07 sentyabr 2023 17:04 (UTC +04:00)

Ferrum Kapital 2023-cü ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.

APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin ilk 6 ayında “Ferrum Kapital”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 14.9% azalaraq 2 milyon 16.8 min manat təşkil edib. 2022-ci ilin ilk 6 ayında təşkilat 2 milyon 369.1 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilatın komissiya gəlirləri illik müqayisədə 11.5% artaraq 8 milyon 297.1 min manat, əməliyyat və faiz xərcləri isə 23.2% artaraq 5 milyon 776 min manat təşkil edib. Bu dövrdə təşkilatın məcmu mənfəəti 2 milyon 552.1 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.4% azdır.

Eyni dövrdə “Ferrum Kapital”ın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 15.8% artaraq 65 milyon 869.4 min manata, cəmi öhdəlikləri isə 4.7% artaraq 49 milyon 126.8 min manata yüksəlib.

1 iyul 2023-cü il tarixinə “Ferrum Kapital”ın cəmi kapitalı 16 milyon 769.5 min manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 68.3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR