Bank Of Baku

Fevralda hərraclarda dollara tələb doqquzaylıq minimuma enib - QRAFİK

Fevralda hərraclarda dollara tələb doqquzaylıq minimuma enib - QRAFİK
# 01 mart 2022 12:56 (UTC +04:00)

Bu ilin fevral ayında Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilən hərraclarda banklara 371,3 mln. ABŞ dolları satılıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankın (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu göstərici yanvar ayı ilə müqayisədə 2 dəfə (48,9%), ötən ilin fevral ayı ilə müqayisədə isə 15,1% azalıb. Sözügedən satış həcmi ötən ilin may ayından bəri qeydə alınan ən aşağı göstəricidir. Bütün hərraclarda tələbin tam təmin edildiyini nəzərə alsaq, banklar tərəfindən dollara tələbin də doqquzaylıq minimuma enməsi qənaətinə gəlmək olar.

Beləliklə, bu ilin yanvar-fevral aylarında keçirilən hərraclarda 1,098 mlrd. dollar satılıb, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% çoxdur.

Xatırladaq ki, 2021-ci ildə banklara hərraclarda 6,688 mlrd. dollar satılıb, bu, 2020-ci illə müqayisədə 8,4% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR