“Finans İnvest” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə maliyyə hesabatlarını açıqlayıb.
“APA-Economics” təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2022-ci ildə “Finans İnvest” BOKT 111 min 159 manat xalis zərər edib. 2021-ci ildə təşkilat 80 min 134 manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə təşkilatın kredit portfeli 16.6% azalaraq 1 milyon 252.4 min manat, faiz gəlirləri isə 27.5% azalaraq 68,4 min manat təşkil edib. Eyni dövrdə təşkilatın əməliyyat gəlirləri 29.6% azalaraq 69,8 min manata, əməliyyat xərcləri isə 181 min manat bərabər olub. Beləliklə təşkilat ötən ili 111 min 159 manat əməliyyat zərəri ilə başa vurub.
2022-ci ildə “Finans İnvest” BOKT-un cəmi aktivləri 13.5% azalaraq 1 milyon 510.2 min manat, cəmi öhdəlikləri isə 22.7% azalaraq 394,5 min manat təşkil edib.
2023-cü il yanvar ayının 1-nə təşkilatın cəmi kapitalı 1 milyon 115.7 min manata bərabər olub ki, bu da əvvəlki illə müqayisədə 9.7% azdır.