Bank Of Baku

“Finex Kredit” yeni səhmdar cəlb edib, pay bölgüsü dəyişib

“Finex Kredit” yeni səhmdar cəlb edib, pay bölgüsü dəyişib
# 13 sentyabr 2023 14:50 (UTC +04:00)

“Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının pay bölgüsü dəyişib.

APA-Economics” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, Tofiq Cəfərov BOKT-dakı 4,63%-lik, Azər Hacıyev 3,25%-lik, Sevil Hidayətova isə 1,63%-lik payını satıb.

Şəlalə Tağıyeva təşkilatdakı payını 18,95%-dən 10,1%-ə, Ramina Allahverdiyeva 18,25%-dən 16,55%-ə, Mobil Şərifov 14.825%-dən 2,3%-ə, Tokay Şıxəlizadə 14,08%-dən 7,5%-ə, Rövşən Məmmədov 6,75%-dən 3,6%-ə, Gülnarə Tağıyevaya isə 2,03%-dən 1,1%-ə kimi azaldıb.

Əvəzində yeni səhmdar Xaqan Mirzəyev “Finex Kredit”dən 32,1% pay əldə edib. Azad Cəbrayılov isə BOKT-dakı payını 15,675%-dən 26,75%-ə kimi artırıb.

Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon 666 min manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR