Bank Of Baku

Fintex forumunun İstanbulda keçiriləcəyi vaxt açıqlanıb

Fintex forumunun İstanbulda keçiriləcəyi vaxt açıqlanıb
# 06 sentyabr 2023 13:50 (UTC +04:00)

"Bu gün Türkiyə Ödəniş və Elektron Pul təşkilatları Birliyi və Azərbaycan Fintex Assosiasiyası ilə birlikdə Fintex forumu keçiririk. Burada hər iki ölkə öz təcrübələrini bölüşür. Əsas məqsədimiz hər iki ölkənin fintex ekosistemi çərçivəsində dünyada və Avropada söz sahibi ola bilməsidir".

"APA-Economics" xəbər verir ki, bunu Türkiyə Ödəniş və Elektron Pul Təşkilatları Birliyinin (TÖDEB) İdarə Heyətinin sədri Ufuk Bilgetekin Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

O bildirib ki, bu gün Bakıda ilki keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunun 2-ci hissəsi noyabr-dekabr aylarında İstanbulda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR