Bank Of Baku

"Fitch" "Aeroflot"un reytinqini endirib

"Fitch" "Aeroflot"un reytinqini endirib
# 05 mart 2022 10:24 (UTC +04:00)

"Fitch" beynəlxalq reytinq agentliyi Rusiyanın "Aeroflot" aviaşirkətinin reytinqini aşağı salıb.

"APA-Economics"in reytinq agentliyinə istinadən verdiyi məlumata görə, "Aeroflot"un xarici və yerli valyutada emitentin uzunmüddətli defolt reytinqi (IDRs) "BB"dən "B-"yə endirilib.

"Fitch" qeyd edir ki, reytinq "mənfi" proqnozla yenidən nəzərdən keçiriləcək.

"Reytinq hərəkəti Rusiyanın əməliyyat mühiti üçün böyük şoku, eləcə də maliyyə çevikliyinin zəifləməsini əks etdirir və Rusiyanın reytinqlərinin aşağı salınmasından sonra baş verib", - agentliyin məlumatında deyilir.

Xatırladaq ki, bu həftə "Fitch" Rusiyanın xarici valyutada emintentin uzunmüddətli defolt reytinqini (IDR) "BBB" səviyyəsindən "B"yə, "Moody's" isə ölkənin xarici və yerli valyutada borc öhdəlikləri üzrə uzunmüddətli reytinqini "Baa3"dən "B3"ə endirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR