Bank Of Baku

Fitch: Azərbaycanda gəliri 25 min dollardan çox olan ev təsərrüfatları 24%-dən çox artacaq

Fitch: Azərbaycanda gəliri 25 min dollardan çox olan ev təsərrüfatları 24%-dən çox artacaq
# 25 iyun 2023 12:23 (UTC +04:00)

Azərbaycanda gəliri 25 min dollardan yuxarı olan ev təsərrfütları 2027-ci ilə 24,4% artaraq 695 min 269 olacaq.

APA-Economics” xəbər verir ki, bu barədə “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib. “Fitch Solutions” hesab edir ki, Azərbaycanda 2027-ci ilə kimi gəliri 25 min dollardan çox olan ev təsərrüfatlarının ümumi portfeldə payı 31.7%-ə çatacaq.

“Fitch Solutions” bu göstərici ilə Azərbaycanı gəlirləri 25 min dollardan yuxarı olan ev təsərrüfatlarının ən çox artımı gözlənilən Orta və Şərqi Avropa ölkələri (CEE) sırasına daxil edib. Azərbaycan bu artım proqnozu ilə Polşa, Sloveniya, Çexiya, Portuqaliyadan sonra siyahıda beşinci olub. Agentlik hesab edir ki, CEE bazarlarının iqtisadi genişlənməsi əsasən turizmlə bağlı olacaq: “Regiondakı bazarlar otel qrupları və turizm şirkətləri tərəfindən diqqət mərkəzində olan cəlbedici mənbə bazarlarına çevriləcək. Bu da 2023-2027-ci illərdə sözügedən ölkələrin gəlirlərinin artmasına təsir edəcək.”

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR