Bank Of Baku

"Fitch" Rusiyada fəaliyyətini dayandırır

"Fitch" Rusiyada fəaliyyətini dayandırır
# 09 mart 2022 12:13 (UTC +04:00)

"Fitch Group" Rusiyadakı kommersiya fəaliyyətini dərhal dayandırmaq barədə qərar qəbul edib.

"APA-Economics"in "Fitch"in açıqlamasına istinadən verdiyi məlumata görə, qrupun əməliyyatları kredit reytinqləri, həmçinin "Fitch Ratings" və "Fitch Solutions" vasitəsilə Rusiya Federasiyasında göstərilən digər xidmətləri əhatə edir.

Qrup ölkədən kənarda analitik hesabatlar hazırlayaraq bazara təqdim etməyə davam edəcək. Buna baxmayaraq, "Fitch" rusiyalı işçilərinə dəstək olacağını bildirib.

Xatırladaq ki, ötən həftə ABŞ-ın biznes və maliyyə xidmətləri şirkəti "Moody's Corporation" ("Moody's") da Rusiyada kommersiya fəaliyyətini dayandırdığını açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR