Fond sədri: Təbii fəlakətlərə görə bu il aqrarsığorta ödənişləri 7-8 mln. manata çata bilər

Fond sədri: Təbii fəlakətlərə görə bu il aqrarsığorta ödənişləri 7-8 mln. manata çata bilər
# 02 oktyabr 2023 12:12 (UTC +04:00)

Bu ilin aprel-may aylarında baş vermiş sığorta hadisələrinin sayı 2022-ci ildə baş verən sığorta hadisələrinin sayından iki dəfə çox olub. Bu da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə bağlıdır.

"APA-Economics" xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov deyib.

O bildirib ki, 2022-ci ildə 2,5 milyon manat civarında zərər ödənişi edilib. Bu il bu rəqəmin 2-3 dəfə çox 7-8 milyon manat civarında olacağı gözlənilir. Bu da maksimum deyil.

"Bu il ölkədə 400 min hektar ərazi sığortalıb ki, bu da əkinə yararlı ərazilərin 25%-ni təşkil edir. Bu isə 3 ildir fəaliyyət göstərən sistem üçün uğurlu nəticədir. Bu il ərzində 50 min sığorta müqaviləsi buraxılıb. 2020-ci ildə bir neçə müqavilə üzrə yığımlar 6-7 min manat təşkil edirdisə, bu il bitkiçilik sığortası üzrə yığımların 10 milyon manatı ötəcəyi gözlənilir" - Fuad Sadıqov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR