Azərbaycan Mərkəzi Bankı (AMB) şirkətlərin kapital bazarından daha çevik maliyyələşməsi üçün xüsusi platforma yaradır. Portal bu ayın sonuna kimi istifadəyə veriləcək.
"APA-Economics" xəbər verir ki, bunu AMB-nin Kapital bazarının fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktor müavini Samir İsmayılov bildirib.
O qeyd edib ki, qiymətli kağızlar vasitəsi ilə maliyyələşmək istəyən şirkətlər elektron qaydada həm AMB-yə, həm "Bakı Fond Birjası" QSC-yə, həm də Milli Depozit Mərkəzinə müraciət edə, “vahid pəncərə” prinsipi əsasında qiymətli kağızların qeydiyyatı, depozitar sistemdə saxlanmaya qəbulu və birjada listinqə çıxışını təmin edə biləcəklər.