Gələn ilin dövlət büdcəsində neftin orta ixrac qiyməti məlum olub.
"APA-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 60 ABŞ dolları səviyyəsində götürülür.
Qeyd edək ki, yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin hesablanması zamanı “Azəri Light” markalı xam neftin bir barrelinin orta ixrac qiyməti 10 ABŞ dolları artırılaraq 60 ABŞ dolları müəyyən edilib.