Gələn ilin büdcə zərfinə üçüncü oxunuşda təklif edilən düzəlişlər açıqlanıb

Gələn ilin büdcə zərfinə üçüncü oxunuşda təklif edilən düzəlişlər açıqlanıb
# 01 dekabr 2023 12:24 (UTC +04:00)

Maliyyə naziri Samir Şərifov 2024-cü ilin büdcə zərfinə üçüncü oxunuşda təklif edilən düzəlişləri açıqlayıb.

APA xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2024-cü ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, Prezidentin fərmanı ilə Dövlət Su Ehtiyatları Agentliyinin Əsasnaməsi təsdiq olunub.

Qeyd edilib ki, həmin əsasnaməyə görə, Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutunun inşası, fəaliyyəti üçün dövlət sifarişi əsasında tələb olunan 7,3 milyon manat vəsait, agentliyin əsas fəaliyyəti üçün kənd təsərrüfatı xərc bölməsində nəzərdə tutulmuş vəsaitdən 507,1 milyon manat vəsait həmin maddə üzrə dövlət büdcəsində öz əksini tapmışdı: "Həmin vəsaitin 7,3 milyon manatının azaldılması və müvafiq olaraq həmin vəsaitin elm xərcləri bölməsinə yönəldilməsi təklif olunur. Eyni zamanda 7.8-ci maddədə mənzil və kommunal təsərrüfat bölməsi üzrə 364 milyon 783 min 119 manat rəqəmi 367 milyon 83 min 119 manat rəqəmi ilə əvəz ediləcək, 7.9-cu maddədə kənd təsərrüfatı bölməsi üzrə 1 milyard 109 milyon 893 min 587 manat rəqəmi, 1 milyard 102 milyon 593 min 587 manat rəqəmi ilə əvəz ediləcək, 7.10-cu maddəsimndə ətraf mühitin mühafizəsi bölməsi üzrə 376 milyon 822 min 901 manat rəqəmi , 376 milyon 872 min 901 manat rəqəmi ilə əvəz ediləcək, 7.12-ci maddədə əsas bölməyə aid edilməyən xərclər bölməsi üzrə 1 milyard 392 milyon 674 min 201 manat rəqəmi, 1 milyard 390 milyon 324 min 201 manat rəqəmi ilə əvəz ediləcək. Bu qanun layihəsində ediləcək dəyişikliklərə aiddir”.

Samir Şərifov qeyd edib ki, bununla yanaşı, 2024-cü ilin dövlət büdcəsindən Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə də vəsait ayrılacaq: “Bunun üçün büdcədən nazirliyin aparatının saxlanılmasına çəkilən xərclər 15 milyon manat azaldılacaq və yeni yaradılmış dövlət agentliklərinə yönəldiləcək.

Bundan başqa, nazir deyib ki, gələn il Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aparatının saxlanılmasına büdcədən 5,9 milyon manat, yeni yaradılmış Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin aparatının saxlanılmasına isə 3,6 milyon manat xərclənəcək: "Bu vəsaitlərin ehtiyat vəsait hesabına tənzimlənməsini təklif edirik. Dövlət Su Ehtiyatları Agentliyinin tərkibində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin yaradılması ilə digər orqanlarımızda oxşar funksiyaları olan strukturlar ləğv edilir. Həmin strukturların xərcləri də azaldılaraq bu agentliyin maliyyə təminatında nəzərə alınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR