Gələn ilin büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib - YENİLƏNİB

Gələn ilin büdcəsi layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib - YENİLƏNİB
# 03 noyabr 2022 14:45 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.

APA xəbər verir ki, müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib.

***

11.02

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilir.

APA xəbər verir ki, iclasda maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsi sədrinin sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov, Dövlət Neft Fondunun departament direktoru Müşfiq Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, nazir müavinləri, parlamentdə təmsil olunan siyasi partiyaların sədrləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR