Bank Of Baku

“Günay Sığorta” İSB-nin üzvlərinin siyahısından çıxarılıb

“Günay Sığorta” İSB-nin üzvlərinin siyahısından çıxarılıb
# 03 iyul 2023 14:44 (UTC +04:00)

Lisenziyası ləğv edilən “Günay Sığorta” ASC İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkətlərinin siyahısından çıxarılıb.

Bu barədə "APA-Economics"ə İSB-dən bildirilib. Qeyd edilib ki, bununla da, Büroda iştirakçı qeyri-həyat sığorta şirkətlərinin sayı 14-dən 13-ə, ümumi iştirakçılarının sayı isə 19-dan 18-ə enib.

Qeyd edək ki, səhmdarlarından biri olan "Günay Bank"ın mayın 16-dan lisenziyasının ləğv edilməsindən sonra "Günay Sığorta" fəaliyyətini dayandırmaq üçün Mərkəzi Banka könüllü müraciət edib. AMB-nin qərarı ilə iyunun 24-də sığorta şirkətinin fəaliyyətinə xitam verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR