Azərbaycanda islami maliyyə məhsullarının tətbiqi ilə bağlı əməkdaşlığı daha da genişləndirir. Ölkənin bu sahədə böyük potensialının olduğunu görürür.
"APA-Economics" xəbər verir ki, bunu İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (ITFC) baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) rəhbəri Hani Salem Sonbol jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İslami maliyyə məhsullarının yerli bazarda tətbiqi ilə bağlı "Rabitəbank"la əməkdaşlığa başlanılıb. Bu planların bir hissəsi olaraq bankla 10 milyon ABŞ dolları məbləğində akkreditivin təsdiq müqaviləsi imzalanıb.
"ITFC digər yerli banklarla da bu istiqamətdə maliyyələşdirmə fürsətləri təklif edir və əməkdaşlığa hazırdır" - deyə Hani Salem Sonbol əlavə edib.
YENİLƏNİB'>