Bank Of Baku

Hesablama Palatası ötən il ən çox aşkarlanan maliyyə pozuntularını açıqlayıb

Hesablama Palatası ötən il ən çox aşkarlanan maliyyə pozuntularını açıqlayıb
# 08 aprel 2024 11:34 (UTC +04:00)

Hesablama Palatası (HP) 2023-cü il üzrə aparılan uyğunluq auditi yoxlamalarında ən çox aşkarlanan pozuntu hallarının satınalmalarla bağlı olduğunu açıqlayıb.

"APA-Economics"in xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Bu məbləğə vahid büdcə təsnifatına (VBT) əməl olunmaması, satınalma prosedurlarının tətbiq edilməməsi, satınalma prosedurlanından yayınmaq məqsədilə müqavilənin qisimlərə bölünməsi, mal və xidmət alışının orta bazar qiymətindən baha əldə edilməsi nəticəsində dövlət vəsaitinə qənaət olunmaması, satınalmalar zamanı ehtimal olunan qiymətin ümumiyyətlə hesablanmaması, ilin sonunda qalığın büdcəyə silinməməsi, müşayiətedici sənədlərlə rəsmiləşdirilməyən elektron-qaimə fakturaların təqdim edilməsi və s. pozuntular aid edilib. Bu pozuntulardan 34,9 mln. manat vəsait üzrə Palata tərəfindən birbaşa tədbir müəyyən edilib, digər nöqsan və çatışmazlıqların da aradan qaldırılması məqsədilə Hesablama Palatasının kollegiya qərarı KDMN obyektlərinə və nəzarət tədbirinin predmeti ilə əlaqədar aidiyyəti tərəflərə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR