Bank Of Baku

Hesablama Palatası xarici ali audit orqanının fəaliyyətinin qiymətləndirilməsinə başlayıb

Hesablama Palatası xarici ali audit orqanının fəaliyyətinin qiymətləndirilməsinə başlayıb
# 13 sentyabr 2023 12:01 (UTC +04:00)

Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndə heyəti Ali Audit Orqanlarının Qlobal Hesabatlılıq Təşəbbüsü (GSAI) layihəsi çərçivəsində Tacikistan Respublikasının Düşənbə şəhərində səfərdədir.

Hesablama Palatasından APA-ya verilən xəbərə görə, 11-14 sentyabr tarixlərini əhatə edən səfərdə Hesablama Palatası tərəfindən Ali Audit Orqanlarının Fəaliyyətinin Ölçülməsi Çərçivəsinə (SAI PMF) uyğun Tacikistan Hesablama Palatasının fəaliyyətinin yerində qiymətləndirilməsi keçirilir.

Qeyd edək ki, qiymətləndirmə müstəqillik və hüquqi çərçivə, daxili idarəetmə və etika, auditin (maliyyə, səmərəlilik) keyfiyyəti və hesabatlılıq, maliyyə idarəetməsi, aktivlər və dəstək xidməti, kadr potensialının inkişafı, maraqlı tərəflərlə əlaqələr və kommunikasiya məsələlərini əhatə edir.

Qiymətləndirilmənin nəticələri əsasında Tacikistan Hesablama Palatasının 2024-2029-cu illər üzrə Strateji Planının hazırlanması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR