Bank Of Baku

Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb

Həyatın yaşam sığortasına yatırımlar 400 mln. manata yaxınlaşıb
# 23 oktyabr 2023 13:42 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 389 milyon 781.2 min manata bərabər olub.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 32.4% və ya 95 milyon 418 min manat çoxdur. 2022-ci ilin yanvar-sentyabr aylarında həyat sığorta şirkətləri 294 milyon 363 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 92.6%-ə enib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 93.1% təşkil etmişdi.

Cari ilin ilk 9 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 26.2% artaraq 219 milyon 342 min manata çatıb. Ötən ilin ilk 9 ayında bu sığorta növü üzrə ödənişlər 173 milyon 867 min manat təşkil edib.

Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR