2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) proqnozlaşdırılan gəlirləri 5726,4 milyon manat hesablanıb.
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.
Bu isə 2021-ci ilin göstəricisi ilə müqayisədə 548,8 milyon manat və ya 10,6% çoxdur.
Büdcə təşkilatları üzrə gəlirlər 21,7% artaraq 1695,5 milyon manat, qeyri-büdcə təşkilatları üzrə 17,5% artaraq 2885,0 milyon, transfertlər 8,1% artaraq 1132,0 milyon manat təşkil edib.
2022-ci ildə DSMF-nin gözlənilən xərcləri isə 5 250,3 milyon manatdır ki, bu da 2021-ci ilə nisbətən 8,4 % çoxdur.