Bank Of Baku

İbrahim Alışov: "Palatanın fəaliyyəti dövründə ölkənin sığorta sektoru 64% artıb"

İbrahim Alışov: "Palatanın fəaliyyəti dövründə ölkənin sığorta sektoru 64% artıb"
# 28 iyun 2019 10:05 (UTC +04:00)

Bu ilin ilk rübündə Azərbaycanda sığorta sektorunun payı qeyri-neft ÜDM-ində 1,9% artımla müşahidə olunub.

"APA-Economics"in məlumatına görə, bunu “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı Beynəlxalq Sığorta Forumunda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

Onun sözlərinə görə, Azərbaycanın maliyyə aktivlərində sığorta sektorunun payı təxminən 2,7% təşkil edirdisə, hazırda bu göstərici 3,1%-ə çatıb.

"Ümumilikdə, sığorta sektorunun aktivləri ilin əvvəli ilə müqayisədə təxminən 13% artım nümayiş etdirərək qeyri-neft ÜDM-ində 1,4 mlrd. manat həcmində olub", - deyə İ. Alışov qeyd edib.

O həmçinin əlavə edib ki, Palatanın yarandığı dövr ərzində bu sektor ümumilikdə 64% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR