Bank Of Baku

İdarə Heyətinin üzvü “Azərbaycan Sənaye Sığorta”dan ayrılıb

İdarə Heyətinin üzvü “Azərbaycan Sənaye Sığorta”dan ayrılıb
# 26 iyun 2023 12:21 (UTC +04:00)

İdarə Heyətinin üzvü (İH) “Azərbaycan Sənaye Sığorta” ASC-dən ayrılıb.

Bu barədə "APA-Economics"ə sığorta şirkətindən bildirilib. Məlumata görə, “Azərbaycan Sənaye Sığorta”nın İdarə Heyəti (İH) üzvü Elçin Əsədzadə sığorta şirkətindəki vəzifəsini tərk edib.

Hazırda sığorta şirkətinin idarə heyətinin tərkibi İH-nin sədri Orxan Əfəndiyev və sədrin birinci müavini Afaq Cəbrayılovadan ibarətdir.

Qeyd edək ki, 11 milyon manat nizamnamə kapitalına malik olan “Azərbaycan Sənaye Sığorta”nın səhmdarları “Anadolu İnvestment Company” (95%) və “Azərbaycan Sənaye Bankı”dır (5%).

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR