Bank Of Baku

IMF: AMB-nin uçot dərəcəsinin davamlı şəkildə azaldılması düzgün addımdır

IMF: AMB-nin uçot dərəcəsinin davamlı şəkildə azaldılması düzgün addımdır
# 27 iyun 2019 16:04 (UTC +04:00)

Pul siyasəti istiqamətində Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dərəcələrini düzgün olaraq endirilməyə başlaması, uçot dərəcəsinin davamlı şəkildə azaldılması düzgün addımdır.

"APA-Economics"in xəbərinə görə, bunu Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) Azərbaycan missiyasının yeni rəhbəri Natalia Tamirisa deyib.

Onun sözlərinə görə, AMB-nin bu yaxınlarda elan etdiyi inflyasiya hədəflənməsi rejiminə keçiddə çox vacib addımdır.

"Bu iqtisadiyyatın şokların öhdəsindən daha yaxşı gəlməsinə kömək edərdi, rəqabət qabiliyyətini yüksəldərdi, riskləri daha yaxşı idarə etməyə təhrik edərdi və maliyyə bazarların inkişafına rəvac verərdi",- deyə N. Tamirisa qeyd edib.

O həmçinin əlavə edib ki, ölkənin bank sektoru bərpa olunmaqdadır. Lakin bunun daha da sağlamlaşdırılması və dözümlülüyünün artırılması üçün müvafiq addımlar davam etdirilməlidir.

"Qeyri-işlək kreditlərin azaldılması, maliyyə sektorun tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilməsi və maliyyə sektoruna nəzarətin gücləndirilməsi, bank sisteminə güvənin yüksəldilməsi və gələcək zəifliklərin toplanmasının önlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - deyə N. Tamirisa əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR