Bank Of Baku

IMF: Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi planı hazırlanır

IMF: Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi planı hazırlanır
# 27 iyun 2019 16:31 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (International Monetary Fund – IMF) Azərbaycan hökumətinin Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı niyyətini tam dəstəkləyir.

"APA-Economics"in xəbərinə görə, bunu IMF-in Azərbaycan missiyasının yeni rəhbəri Natalia Tamirisa deyib.

Onun sözlərinə görə, bu, çox vacib bir addımdır, çünki bunun digər təsirlərlə yanaşı, bir müddət təsiri də bank sektorunda rəqabətli şəraitin yaradılması ilə bağlıdır.

"Ümumiyyətlə, Azərbaycan Beynəlxalq Bankının balansının təmizlənməsi prosesi çox mürəkkəb bir proses oldu və demək olar ki, başa çatmaq üzrədir. Hazırda beynəlxalq məsləhətçilərin köməyi ilə bankın yeni biznes modeli üzərində işlər aparılır və özəlləşdirilmə planı hazırlanır", - deyə N. Tamirisa qeyd edib.

O həmçinin bildirib ki, IMF Azərbaycan hökumətinə Beynəlxalq Bankı tezliklə özəlləşdirməsini tövsiyə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR