Bank Of Baku

IMF: Bu il Azərbaycanda ÜDM-in artım tempi 2,7% səviyyəsində olacaq

IMF: Bu il Azərbaycanda ÜDM-in artım tempi 2,7% səviyyəsində olacaq
# 27 iyun 2019 16:25 (UTC +04:00)

Bu il Azərbaycanda ÜDM-in artım tempi 2,7% olacağı gözlənilir. "APA-Economics"in xəbərinə görə, bunu Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) Azərbaycan missiyasının yeni rəhbəri Natalia Tamirisa deyib.

Onun sözlərinə görə, növbəti illər ərzində isə ÜDM-in təxminən 2,1-2,5% arasında artacağı gözlənilir.

"Növbəti 3-5 il ərzində qeyri-neft sektorunun orta hesabla 3% artacağını proqnozlaşdırırıq", - deyə N. Tamirisa qeyd edib.

O həmçinin əlavə edib ki, Cənub Qaz Dəhlizinin fəaliyyətə başlanması ilə əlaqədar olaraq bu il karbohidrogen hasilatında artım gözlənilir, sonrakı dövrlərdə isə artım sabit səviyyədə qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR