Azərbaycan iqtisadiyyatı son dövrdə baş verən səngimədən sonra tədricən bərpa olunmaqdadır. "APA-Economics"in xəbərinə görə, bunu Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund – IMF) Azərbaycan missiyasının yeni rəhbəri Natalia Tamirisa deyib.
Onun sözlərinə görə həyata keçirilən əmək haqları və pensiya artımları, eyni zamanda sosial yardımdan olan məbləğlərdəki artımlar, eləcə də vergi və borc yükünün azaldılması ilə bağlı görülən tədbirlər iqtisadiyyatı stimullaşdıracaq.
"Yaxın 2 il ərzində qeyri-neft sektoru üzrə 2%-lik artımın olacağını gözləyirik. Bu dövr ərzində inflyasiya 3,3% səviyyəsi olacağı proqnozlaşdırılır", - deyə N. Tamirisa qeyd edib.