Britaniyanın Mərkəzi Bankı 11%-ə yaxınlaşan spiral inflyasiyanı ram etmək məqsədilə dekabr ayından bəri beşinci dəfə faiz dərəcələrini artırıb.
"APA-Economics" CNN-ə istinadən xəbər verir ki, İngiltərə Bankı artan qiymətlərin ev təsərrüfatlarını sıxışdıraraq iqtisadi artımı ağırlaşdıracağı qorxusuna baxmayaraq, borclanma xərclərini 25 bənd artıraraq 1,25%-ə çatdırıb.
"Bank işçiləri indi ÜDM-in bütövlükdə ikinci rübdə 0,3% azalacağını gözləyir ki, bu da may hesabatı zamanı gözləniləndən daha azdır"- deyə İngiltərə Bankının açıqlamasında deyilir.