Müharibə ilə risklər daha da artır
"InvestAZ" investisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Avropada müharibənin davam etməsi fonunda EUR-USD məzənnəsinin gələcək qiyməti proqnozları da aşağı salınmaqdadır. Təhlillərə əsasən, avro 1.09$-a kimi enə bilər.
Bununla yanaşı, carı həftə ərzində cümə günü Bakı vaxtı ilə saat 17:30-da Amerikanın əmək bazarı ilə bağlı yayımlanacaq önəmli göstəricilər də investorların diqqət mərkəzində olacaqdır.
GBP
Eyni texniki mənzərə GBP-USD məzənnəsində də müşahidə edilir. Hazırda 1.34$-ın altında ticarət edilən funt sterlinq, 1.32$-a ucuzlaşa bilər.
TRY
Foreksdə dolların bahalaşması, özünü USD-TRY məzənnəsində də göstərir. 14TL-nin üzərində təklif edilən məzənnə, 15TL-nin üzərinə yüksələ bilər.
Cümə axşamı saat 11:00-da dərc ediləcək Türkiyədə inflyasiya səviyyəsi də önəmli rol oynayacaqdır.
OIL
Enerji birjalarında neftə olan tələbin daha da artması ilə Brent 102$-a bahalaşıb və növbəti yaxın səviyyə isə 111$-dır.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Dünyada siyasi və iqtisadi risklərin artması ilə qızıl da dəyər qazanmaqdadır və 1 938$-ın (62.3$/qram) qırılması ilə burada da yüksəliş sürətlənə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.