Azərbaycanda 2023-cü ilin birinci yarısında investisiya şirkətlərinin müştəri aktivləri, 2022-ci ilin sonu ilə müqayisədə 36% (441 mln. manat) artaraq 1677 mln. manata çatıb.
“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının ”Maliyyə Sabitliyi Hesabatında” bildirilib.
Hesabat dövründə müştəri aktivlərində artımın əsas drayveri xarici bazarda broker xidmətləri olub. Belə ki, 2023-cü ilin ilk yarımili ərzində xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 41% (426 mln. manat) artıb. Sektor üzrə müştəri aktivlərinin artımı müsbət hal olsa da, sektorda müştəri aktivləri üzrə yüksək təmərküzləşmə mövcuddur.