Bank Of Baku

“İpək Yolu Sığorta”nın biznes itkiləri 4 mln. manatı ötüb

“İpək Yolu Sığorta”nın biznes itkiləri 4 mln. manatı ötüb
# 28 sentyabr 2023 11:14 (UTC +04:00)

2023-cü ilin yanvar-avqust ayında “İpək Yolu Sığorta” şirkətinin topladığı sığorta yığımları 15,15 milyon manat təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 21% azdır. Başqa sözlə, son bir ildə sığorta şirkətinin yığımları üzrə itkiləri 4,02 milyon manat olub. 2022-ci ilin yanvar-avqust aylarında “İpək Yolu Sığorta” 19,2 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Yığımların kəskin azalması fonunda “İpək Yolu Sığorta”nın sığorta ödənişləri sözügedən dövrdə cəmi 3,7% azalaraq 122 min manat təşkil edib. 2022-ci ilin ilk səkkiz ayında bu rəqəm 127 min manata bərabər olmuşdu.

Sığorta şirkətinin yığımları ilə ödənişləri arasında kəskin fərqin olması zərərliliyinə cüzi təsir edib. Belə ki, 2022-ci ilin yanvar-avqust aylarında “İpək Yolu Sığorta” topladığı hər 100 manatdan 0,7 manat ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 0,8 manat təşkil edib.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14.77 milyon manatdır. Şirkətin səhmlərinin 96.53%-i “ASG Business Aviation” MMC-yə, 3.47 %-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR