Bank Of Baku

İqor Yakovenko: Azərbaycan yeni investisiya layihələri üçün investorların marağını cəlb edir

İqor Yakovenko: Azərbaycan yeni investisiya layihələri üçün investorların marağını cəlb edir
# 26 sentyabr 2026 13:44 (UTC +04:00)

Azərbaycan yeni investisiya layihələri üçün investorların marağını cəlb edir.

Bunu “Azel Systems” şirkətinin nümayəndəsi İqor Yakovenko II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində APA-ya açıqlamasında deyib.

O, forumdan təəssüratlarının müsbət olduğunu bildirib və Prezident İlham Əliyevin çıxışını xüsusi qeyd edib.

“Forumdan təəssüratlarım çox müsbətdir. Birinci gün çox yaxşı keçdi, ikinci gün isə Azərbaycan Prezidenti İlham Əliyevin möhtəşəm çıxışı ilə başladı. Prezident yalnız Azərbaycanda investisiyaların tarixindən danışmadı, həm də regiondakı və Azərbaycandakı hazırkı vəziyyəti aydın şəkildə qiymətləndirdi”.

Yakovenko bildirib ki, forum çərçivəsində imzalanan investisiya layihələri Azərbaycanın iqtisadi inkişafına və yeni iş yerlərinin yaradılmasına töhfə verəcək.

O qeyd edib ki, forum zamanı Birləşmiş Ərəb Əmirliklərindən və bir sıra Avropa ölkələrindən olan investorlarla görüşlər keçirib.

“Onların əksəriyyəti çox müsbət mövqedədir və Azərbaycanda yeni investisiya layihələrini ciddi şəkildə nəzərdən keçirirlər”.

Şirkət nümayəndəsi qeyd edib ki, aparıcı beynəlxalq reytinq agentliklərinin Azərbaycanın reytinqini təsdiqləməsi də investisiya mühitinə təsir edən amillərdən biridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR