Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 8,854 min manat və ya 1,7% üstələyərək 526 951,6 manat təşkil edib.
"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, hesabat dövründə sahə üzrə əldə olunan gəlirin 79,6%-i və ya 419 678,8 min manatı qeyri-dövlət sektorunun payına düşüb. Bu, 2020-ci ilin göstəricisindən 10,600 min manat və ya 2,6% çoxdur.
Cari ilin ilk üç aylarında xidmətlərin cəmindən əhaliyə göstərilən rabitə xidmətlərinin dəyəri bir il öncəki göstəricini 27 455,2 min manat və ya 7,4% üstələyərək 398 931,2 min manat təşkil edib.
Ölkə üzrə 2020-ci ildə informasiya və rabitə xidmətlərindən əldə olunan gəlirin 88,4%-i və ya 465 862,8 min manatı Bakının payına düşüb. Bu 2020-ci ilin göstəricisindən 2 744,7 min manat və ya 0,6% azdır.
Azərbaycanın iqtisadi rayonları üzrə informasiya və rabitə xidmətlərinin dəyəri:
# |
Regionlar |
Yanvar-mart, 2021-ci il, min manat |
Әvvәlki ilə nisbәtәn, % |
1 |
Abşeron iqtisadi rayonu |
29 322,8 |
140,4 |
2 |
Gəncə-Qazax iqtisadi rayonu |
4 328,0 |
107,6 |
3 |
Şəki-Zaqatala iqtisadi rayonu |
2 671,0 |
117,9 |
4 |
Lənkəran iqtisadi rayonu |
2 184,7 |
109,6 |
5 |
Quba-Xaçmaz iqtisadi rayonu |
1 607,9 |
110,4 |
6 |
Aran iqtisadi rayonu |
4 892,4 |
114,1 |
7 |
Yuxarı Qarabağ iqtisadi rayonu |
494,6 |
120,2 |
8 |
Kəlbəcər-Laçın iqtisadi rayonu |
- |
- |
9 |
Dağlıq Şirvan iqtisadi rayonu |
887,3 |
112,4 |
10 |
Naxçıvan iqtisadi rayonu |
14 700,1 |
109,9 |