Bank Of Baku

“Kapital Bank” nizamnamə kapitalını artırıb

“Kapital Bank” nizamnamə kapitalını artırıb
# 27 dekabr 2022 16:22 (UTC +04:00)

22-27 dekabr 2022-ci il tarixlərində ticarətə buraxılan “Kapital Bank” ASC-nin nominal dəyəri 12.39 manat olan 19,999,999.95 manat həcmində, adi adlı sənədsiz səhmlərinin abunə yazılışı üzrə yerləşdirilməsi Bakı Fond Birjasında yekunlaşıb.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Məlumata görə, abunə yazılışı zamanı 63 investor tərəfindən 12.39 manat qiymətindən 66 sifariş təqdim edilib.

Abunə yazılışı üzrə toplanmış sifarişlərin nominal qiymətlə ümumi məbləği və yerləşdirilmiş həcmi 19,999,999.95 manat təşkil edib. Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Qeyd edək ki, bankın nizamnamə kapitalı 245 849 999.85 manatdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR