Bank Of Baku

Kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 2 dəfədən çox artıb

Kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 2 dəfədən çox artıb
# 23 avqust 2023 13:48 (UTC +04:00)

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığorta yığımları 11 milyon 85 min manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2.5 dəfə və ya 6 milyon 692 min manat çoxdur. Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında 4 milyon 392.5 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə kənd təsərrüfatı bitkilərinin sığorta ödənişlərinin həcmi 765.7 min manat olub. Ötən ilin ilk 7 ayında bu sığorta növü üzrə sığorta ödənişi olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR