Bank Of Baku

Kredit Həyat Sığortasına maraq niyə artır?

Kredit Həyat Sığortasına maraq niyə artır?
# 09 avqust 2026 22:55 (UTC +04:00)

Son dövrlərdə kredit həyat sığortasına marağın artması insanların maliyyə təhlükəsizliyinə daha çox önəm verməsi ilə əlaqələndirilir.

APA xəbər verir ki, kredit götürən zaman əsas suallardan biri borcun gözlənilməz vəziyyətlərdə necə ödəniləcəyidir. Kredit həyat sığortası məhz bu riskin idarə olunmasına kömək edir.

Sığorta hadisəsi baş verdikdə, müqavilənin şərtlərinə uyğun olaraq kredit üzrə qalan borcun sığorta şirkəti tərəfindən ödənilməsi mümkün olur.

Bu, həm kredit götürən şəxs, həm də onun ailəsi üçün əlavə maliyyə yükünün qarşısını almağa kömək edir. Xüsusilə uzunmüddətli və böyük məbləğli kreditlərdə belə təminatın əhəmiyyəti daha çox hiss olunur.

Marağın artmasının digər səbəbi isə insanların sığorta məhsulları haqqında əvvəlki
illərlə müqayisədə daha çox məlumat əldə etməsidir.

Müştərilər artıq kredit seçərkən yalnız faiz dərəcəsinə və aylıq ödənişə deyil, mümkün risklərə də diqqət yetirirlər.

PAŞA Həyat kredit həyat sığortası üzrə müştərilərin üstünlük verdiyi şirkətlərdən biridir. Müştərilərin seçimində əsas amillərdən biri şirkətə olan etimaddır.

Kredit götürərkən kredit həyat sığortasını seçən şəxsin başına bədbəxt hadisə gəldikdə, kredit üzrə qalan borc həyat sığortası şirkəti tərəfindən ödənilir.

Beləliklə, kredit yükü ailənin üzərində qalmır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR