Lavandanın qoxusuna, sakitləşdirici təsirinə, ən əsası isə gözəlliyinə hamımız heyranıq. Bəs lavanda ilə ustad dərslərinə nə deyirsiniz?
Odur ki, 8 iyul tarixində hər birinizi bu möhtəşəm tədbirə dəvət edirik. Proqrama daxildir:
- Peşəkar ustadan təlim (iştirakçılar hazırladıqları işləri özləri ilə aparacaqlar);
- Bütün lazımi materiallar ilə təmin olunacaqlar;
- Lavanda çubuqlarından ətirli buket hazırlanacaq (həmin çubuqları paltarlarınızın ya dəsmallarınızın arasına yerləşdirə bilərsiniz. Bu, parçanın qoxusunu təzə və təmiz saxlayacaq);
- Lavanda topları (qurudulmuş lavanda topları gözəl ətirli və funksional olmağı ilə yanaşı, təbii ev aksesuarlarıdır);
- Lavanda sabunu (ustad dərslərində ən çox hazırlananlardandır);
- Lavanda kokteyli.
Qeyd edək ki, iştirakçıların sayı məhdud olduğundan qeydiyyatdan keçmək zəruridir. Rezervasiya etmək üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 99 404 74 74, Dreamland Herbal Garden
Giriş haqqı: 30 AZN