Bank Of Baku

Ləğv olunmuş bankın daşınmaz əmlakı yenidən hərraca çıxarılır

Ləğv olunmuş bankın daşınmaz əmlakı yenidən hərraca çıxarılır
# 09 mart 2022 15:22 (UTC +04:00)

16 mart 2022-ci il saat 11:00-da "Bakı Hərrac Mərkəzi"ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan "Dəmirbank" ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, daşınmaz əmlak, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, məhəllə 593, ev 64, mənzil 64 ünvanında yerləşən fərdi yaşayış (ümumi sahəsi 91 kv. metr) sahəsinin 23 fevral 2022-ci ildə keçirilən ilkin hərrac baş tutmayıb.

Təkrar hərrac 16 mart 2022-ci il tarixində saat 11:00-da "Bakı Hərrac Mərkəzi"ndə keçiriləcək. Daşınmaz əmlakın satış qiyməti 121 000 manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, məhəllə 593, Ə. Salamzadə küç., 2C (3-cü mərtəbə). Tel: 050/055-206-66-67.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR