Bank Of Baku

Maliyyə Nazirliyindən Auditorlar Palatasına üzv təyin edilib

Maliyyə Nazirliyindən Auditorlar Palatasına üzv təyin edilib
# 22 aprel 2025 17:54 (UTC +04:00)

Azərbaycan Auditorlar Palatası Şurasına (AAP) yeni üzv seçilib.

Bu barədə "APA-Economics"ə Palatadan bildirilib. Qeyd edilib ki, mövcud qanunvericiliyə əsasən maliyyə nazirinin müavini Azər Bayramovun 2025-ci il 17 aprel tarixli məktubuna əsasən Kəmalə Cəlal qızı Hümbətova Azərbaycan Auditorlar Palatası Şurasının üzvlüyünə Maliyyə Nazirliyinin nümayəndəsi qismində seçilib. Bu barədə Auditorlar Palatasının sədri əmr imzalayıb. Bununla da Şura üzvlərinin sayı 7-yə çatıb.

Qeyd edək ki, Kəmalə Hümbətova Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Təşkilatlarda uçot siyasəti sektorunun müdiridir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR