Bank Of Baku

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Maliyyə Nazirliyinin Aparat rəhbəri Xalıq Rəhmanov

© APA | Maliyyə Nazirliyinin Aparat rəhbəri Xalıq Rəhmanov

# 29 aprel 2026 13:55 (UTC +04:00)

Xalıq Qəhrəman oğlu Rəhmanov Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

"APA-Economics" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edək ki, X.Rəhmanov 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.

X.Rəhmanov 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR