“Mastercard” şirkəti Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarlarında onlara məxsus kartlarla gediş haqqının ödənilməsində yaranan problemə aydınlıq gətirib.
Bu barədə "APA-Economics"ə müsahibəsində “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdal danışıb.
O bildirib ki, ekvayer bank və ona xidmət göstərən təşkilat arasında yaranan problem “Mastercard”la bağlı bank kartlarında ödənişi çətinləşdirib.
"Kart qəbulunu təmin edən yerli bankla ona xidmət göstərən təşkilatın birgə təkmilləşdirməyə ehtiyacı yaranıb. Hazırda ekvayer bank və əlaqəli şirkətlə problemin həlli üzərində çalışırıq. Qısa zamanda bu məsələ həllini tapacaq", -deyə Avşar Gürdal qeyd edib.
Qeyd edək ki, bu il noyabrın əvvəlində Azərbaycan Dəmir Yolları yaranan problemlə əlaqədar “Mastercard” vasitəsi ilə birbaşa, eləcə də "Apple Pay” və “Google Pay” üzərindən ödəniş etməməyi tövsiyə etmişdi.