Azərbaycanda yarana biləcək katostrofik risklərin sığortalanması istiqamətində mexanizmlər yaradılacaq. "APA-Economics"in məlumatına görə, bunu “Azərbaycanda sığorta bazarı: trendlər və imkanlar” adlı 9-cu Beynəlxalq Sığorta Forumunda çıxış edəən Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.
Onun sözlərinə görə, hazırda bu risklərin idarə olunmasında boşluq mövcuddur: "Hazırda aqrar sığorta mexanizmində dövlət-özəl əməkdaşlığı istiqamətində müvafiq addımlar atılır", - deyə İ. Alışov qeyd edib.