Bank Of Baku

Mərkəzi Bank Aktuari İnkişaf Proqramına başlayıb

Mərkəzi Bank Aktuari İnkişaf Proqramına başlayıb
# 21 dekabr 2022 10:01 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə birlikdə ölkədə müasir bilik və bacarıqlara malik aktuarilərin yeni nəslinin formalaşdırılması məqsədilə Aktuari İnkişaf Proqramına başlayıb.

Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Məlumata görə, beynəlxalq səviyyədə təşkil olunmuş Aktuari inkişaf proqramının iştirakçılarına nəzəri biliklərlə yanaşı sığorta sektorunda təcrübə keçmək imkanı da yaradılıb. Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) və yerli mütəxəssislərin nəzəri və praktiki təlimləri ilə zənginləşdirilmiş proqram 15 ay müddətində davam edəcək.

19 dekabr 2022-ci ildə Mərkəzi Bankda Aktuari İnkişaf Proqramına qatılmaq hüququ qazanmış 90 nəfər iştirakçı ilə görüş keçirilib. Görüşdə iştirakçılara proqramın məqsədləri və tələbləri ətraflı izah edilmiş, proqramda müvəffəqiyyətlə iştirak üçün lazımi tövsiyələr verilib.

Qeyd edək ki, Aktuari İnkişaf Proqramını uğurla tamamlayan şəxslər üçün sığorta sektorunda müvafiq peşə üzrə əmək fəaliyyətini davam etdirmək imkanları təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR