Bank Of Baku

Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 5 mlrd. dollardan çox olub

Mərkəzi Bank: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 5 mlrd. dollardan çox olub
# 12 sentyabr 2023 11:42 (UTC +04:00)

2023-ci ilin ikinci rübündə Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisi 5,2 milyard dollar təşkil edib.

"APA-Economics" xəbər verir ki, bunu keçirilən brifinqdə Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2 dəfə azdır.

Qeyd edək ki, 2022-ci ilin ikinci rübündə CƏH-in profisiti 10,33 milyard dollar təşkil edib.

"Cari əməliyyatlar hesabının ÜDM-də payı 14,5% təşkil edib" - Samir Nəsirov əlavə edib.

S. Nəsirov onu da deyib ki, neft-qaz qiymətlərində azalma, eyni zamanda idxalın artması və pul baratlatında azalma CƏH-in azalmasına təsir edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR