Bank Of Baku

Mərkəzi Bank "Bakı Kart"la bağlı göstəriş verib

Mərkəzi Bank "Bakı Kart"la bağlı göstəriş verib
# 28 aprel 2025 15:17 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) elektron pul təşkilatı, "Bakı Kart"ın operatoru - "K Group" MMC-yə münasibətdə təshih tədbirinin tətbiq edilməsi barədə qərar verib.

Bu barədəAPA-Economics” AMB-yə istinadən xəbər verir.

AMB tərəfindən həyata keçirilən cari nəzarət prosesləri çərçivəsində “K Group” MMC-də təsərrüfat subyektləri ilə hesablaşmaların aparılması, qəbul edilmiş pul vəsaitinin təhlükəsizliyinin təmin edilməsi, Mərkəzi Banka təqdim edilmiş hesabatların düzgünlüyü, informasiya təhlükəsizliyi sahəsindəki öhdəliklərə əməl edilməsi təhlil olunmuşdur. “K Group” MMC tərəfindən ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərinin pozulması halının aşkarlanması ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunun 63.1-ci maddələrinə əsasən “K Group” MMC-yə münasibətdə təshih tədbirləri tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR