2025-ci ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) verdiyi kreditlərin ümumi məbləği 163 milyon 945 min manat olub.
“APA-Economics” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 24,3% və ya 52.5 milyon manat azdır.
Qeyd edilib ki, ADİF-ə verilmiş kreditlərə lisenziyası ləğv edilmiş və müvafiq məhkəmə qərarları əsasında müflis elan olunmuş banklarda fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılması üzrə kompensasiyaların ödənilməsi, bununla da maliyyə-bank sisteminin dayanıqlığını təmin etmək məqsədilə dövlət zəmanəti ilə verilmiş aşağı faizli kreditlər daxildir.