Bank Of Baku

Mərkəzi Bank ilin sonuna inflyasiya proqnozunu açıqlayıb

Mərkəzi Bank ilin sonuna inflyasiya proqnozunu açıqlayıb
# 17 iyun 2022 16:03 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı xarici mühitin nisbətən əlverişli olacağı şəraitdə inflyasiyanın ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırıb.

Bu barədə "APA-Economics" AMB-yə istinadən bildirir. Məlumata görə, ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

Qeyd olunub ki, Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR