Bank Of Baku

Mərkəzi Bank islam bankçılığının tətbiqi ilə bağlı araşdırmalar aparır

Mərkəzi Bank islam bankçılığının tətbiqi ilə bağlı araşdırmalar aparır
# 21 dekabr 2022 16:21 (UTC +04:00)

Azərbaycanda Mərkəzi Bankı (AMB) islam bankçılığının tətbiqi ilə bağlı araşdırmalar aparır.

"APA-Economics" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov ötən gün iqtisadçı-ekspertlərlə görüşü zamanı deyib.

O bildirib ki, İslam bankçılığının tətbiqi üzrə iş gedir:"Mərkəzi Bankı hazırda islam bankçılığına ölkədə tələbatın səviyyəsi maraqlandırır. Bu sahədə araşdırmalar davam edir. Təkcə müsəlmanlar arasında deyil, həmçinin, qeyri-müsəlmanlar arasında da islam bankçılığının tətbiqi ilə bağlı təcrübə öyrənilir".

T. Kazımov müştərək sığortanın tətbiqinin hələlik gündəmdə olmadığını deyib. O qeyd edib ki, hazırda ənənəvi sığorta sahəsində görülməli işlər çoxdur. Mərkəzi Bank daha çox bu sığortanın inkişaf etdirilməsilə məşğuldur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR