Bank Of Baku

Mərkəzi Bank “Premier Kredit"in lisenziyasını ləğv edib

Mərkəzi Bank “Premier Kredit"in lisenziyasını ləğv edib
# 25 aprel 2025 12:07 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-nin lisenziyası ləğv edib.

"APA-Economics" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, BOKT tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək Mərkəzi Bankın İdarə Heyətinin 23.04.2025-ci il tarixli Qərarı ilə “Premier Kredit Bank olmayan kredit təşkilatı” MMC-yə verilmiş 01.11.2014-cü il tarixli, BKT-29 nömrəli müvafiq lisenziya könüllü əsaslarla ləğv edilib.

Qeyd edilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” qanunun 25.4-cü maddəsinə əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Mülki Məcəllədə müəyyən olunmuş qaydada ləğv edilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR