Bank Of Baku

Mərkəzi Bank “Xalq Sığorta” və iki sığorta brokerinə məcburi göstəriş verib

Mərkəzi Bank “Xalq Sığorta” və iki sığorta brokerinə məcburi göstəriş verib
# 22 aprel 2025 17:16 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Sığorta” ASC, “Şirvan Sığorta və Təkrarsığorta Brokeri” və “Azərbaycan İnşurans Brokinq” MMC-lərə icrası məcburi göstəriş verib.

Bu barədə “APA-Economics” AMB-yə istinadən xəbər verir.

Məlumata görə, AMB tərəfindən həyata keçirilən yoxlama tədbirləri çərçivəsində “Xalq Sığorta” ASC-yə, “Şirvan Sığorta və Təkrarsığorta Brokeri” MMC-yə və “Azərbaycan İnşurans Brokinq” MMC-yə sığorta qanunvericiliyinin tələblərinin təmin edilməsi məqsədilə ilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR